“SOCAR Petroleum” QSC-də yeni təyinat baş tutub.
Əfqan Noçuyev QSC-nin İnsan resursları departamentinin Əmək münasibətlərinin idarəedilməsi şöbəsinin müdiri təyin edilib.
O, yeni təyinatadək Təhlükəsizlik departamentində baş mütəxəssis vəzifəsində çalışıb. 2023-cü ildən QSC-də işə başlayan Noçuyev əvvəllər Daxili nəzarət və monitorinq şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.
O, 2015-2023-cü illərdə İqtisadiyyat Nazirliyində, 2012-2015-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb.
Qeyd edək ki, Ə.Noçuyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Noçuyevin qardaşıdır.
Məlumat üçün bildirək ki, “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində “SOCAR” brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Yurd.Media
TREND
- “Bolt”un zayı çıxıb – Bəs sürücülük imtahanları?
- Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
- Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
- Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır
- Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi
- “E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- Əli Nağıyev: İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq
- Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur


