Elgün Rəsulov “Bakı Metropoliteni” QSC-də yeni vəzifəyə təyin olunub.
O, 2026-cı ilin oktyabr ayından etibarən “Bakı Metropoliteni” QSC-də sədrin müşaviri vəzifəsində fəaliyyət göstərir.
Elgün Rəsulov 2024-cü ilin yanvar ayından 2026-cı ilin sentyabr ayına kimi “Azərpoçt”un İdarə heyətinin üzvü, 2022-ci ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi isə qurumda sədrin müşaviri vəzifəsini tutub.
E.Rəsulov bundan əvvəl AFB Bank ASC-də müxtəlif vəzifələrdə çalışıb. O, 2020-ci ilin fevral-avqust aylarında bankın Proseslərin idarə edilməsi departamentinin rəhbəri, 2020-ci ilin avqustundan 2022-ci ilin fevralınadək isə CEO-nun müşaviri vəzifəsində çalışıb.
O, 2005–2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadi resursların idarə edilməsi ixtisası üzrə bakalavr təhsili, 2011–2013-cü illərdə Azərbaycan Universitetində Biznesin idarə edilməsi üzrə magistratura – MBA proqramında, bank menecmenti ixtisası üzrə təhsil alıb.
TREND
- Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
- Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır
- Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi
- “E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- Əli Nağıyev: İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq
- Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
- “Azərpoçt” sədri: Poçt sektoru görünməmiş transformasiya dövründən keçir


