Rusiyanın “Aeroflot” aviaşirkəti oktyabrın 25-dən etibarən Moskvadan Bakıya uçuşların tezliyini həftədə 14-dən 17-yə qədər artıracaq.
Redaksiya aviaşirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, qış cədvəli ərzində Azərbaycan paytaxtına əlavə uçuşlar cümə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bu o deməkdir ki, aviaşirkət həmin günlərdə gündə üç uçuş həyata keçirəcək.
“Aeroflot”, həmçinin bildirib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Moskva ilə Azərbaycan şəhərləri arasında uçuşlarda 245 min sərnişin daşınıb.
Aviaşirkət hazırda Rusiya paytaxtından Bakı və Gəncəyə uçuşlar həyata keçirir. (Azərtac)
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


