Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Vətən müharibəsinin VI ildönümü ilə əlaqədar Bakı şəhəri 83 nömrəli məktəb-liseyin şagirdləri ilə görüş keçirib.
Vətən müharibəsi iştirakçıları olan Xidmət əməkdaşları Elşən Novruzlu və Şahin Kərimli şagirdlərlə keçdikləri döyüş yolu və müharibə ilə bağlı xatirələrini bölüşüblər. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin bir parçası olmaqdan böyük qürur duyduqlarını bildiriblər.
Görüş zamanı şagirdlərin Vətən müharibəsi, Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu və tarixi Zəfərlə bağlı sualları cavablandırılıb.
Görüşün məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini və müharibə iştirakçılarının döyüş xatirələrini şagirdlərə çatdırmaq olub.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


