Oktyabrın 8-də Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu keçiriləcək. Beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC ev sahibliyi edəcək.
Tədbir Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektor rəhbərlərini bir araya gətirəcək. İkigünlük proqram çərçivəsində poçt sektorunun strateji inkişaf istiqamətləri, dəyişən bazar şərtlərinə uyğunlaşma, transsərhəd əməliyyatlara təsir edən gömrük və tarif dəyişiklikləri, eləcə də daha əlçatan və inklüziv poçt xidmətlərinin inkişafı müzakirə olunacaq.
Proqramın ilk günü “PostEurop” Baş Assambleyasının nizamnamə məsələlərinə, təşkilatın strategiyasının icrasına və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə həsr ediləcək. İkinci gün keçiriləcək Biznes Forumda isə Avropa poçt sektorunun aktual çağırışları, əməliyyat dayanıqlılığı və yeni yanaşmalar diqqət mərkəzində olacaq.
Baş Assambleya çərçivəsində “EUROPA” poçt markalarının 70 illiyinə həsr olunan xüsusi sərginin təşkili də nəzərdə tutulur. Bundan başqa, tədbir zamanı “PostEurop” Baş Assambleyasının Bakıda keçirilməsinə həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçiriləcək.
Bakının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq poçt əməkdaşlığındakı iştirakını və “Azərpoçt”un Avropa poçt ictimaiyyəti ilə əlaqələrinin inkişafını nümayiş etdirir.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


