Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Bu gün Xocavənd şəhərinə növbəti köç karvanı ilə 64 ailə olmaqla, 253 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində – əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
TREND
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir
- Azərbaycanla Yunanıstan arasında Anlaşma Memorandumu imzalandı
- AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb
- Bəxtiyar Aslanbəyli: AzMİU-da üçüncü layihəmizi həyata keçiririk
- Hafiz Paşayev “CAMCA Forum 2026” mükafatı ilə təltif edilib
- İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
- “Alians Development” şirkətindən ŞİKAYƏT VAR
- Anar Kərimova ABB-də vəzifə verildi


