Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb.
Yük nəqliyyat vasitəsi “Qırmızı Körpü”də saxlanıldı
Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
82 adda dərman vasitəsi aşkarlandı
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib.
Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
TREND
- Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
- Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır
- Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi
- “E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- Əli Nağıyev: İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq
- Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb
- “Azərpoçt” sədri: Poçt sektoru görünməmiş transformasiya dövründən keçir


