“Unibank” ASC-nin 2026-cı ilin birinci yarısının sonuna 30 gündən artıq vaxtı keçmiş kreditlərinin həcmi ilin əvvəli ilə müqayisədə 21,4% və ya 8 milyon 724 min manat artaraq 49 milyon 416 min manata çatıb.
Redaksiya bankın maliyyə hesabatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin sonunda bu göstərici 40 milyon 692 min manat təşkil edib.
Hesabat dövründə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,12%-dən 3,37%-ə yüksəlib.
İstehlak kreditləri üzrə vaxtı keçmiş borcların həcmi ilin əvvəli ilə müqayisədə 12,2% və ya 3 milyon 263 min manat artaraq 29 milyon 933 min manata çatıb. Ötən ilin sonunda bu göstərici 26 milyon 670 min manat olub.
Biznes kreditləri üzrə vaxtı keçmiş borclar 38,7% və ya 5 milyon 121 min manat artaraq 13 milyon 227 min manatdan 18 milyon 348 min manata yüksəlib.
Daşınmaz əmlak kreditləri üzrə isə vaxtı keçmiş borclar 42,9% və ya 341 min manat artaraq 795 min manatdan 1 milyon 136 min manata çatıb.
Bankın əlini üzdüyü, yəni bir ildən artıq vaxtı keçmiş kreditlərinin həcmi isə ilin əvvəli ilə müqayisədə 2,25 dəfə və ya 1 milyon 816 min manat artaraq 1 milyon 452 min manatdan 3 milyon 268 min manata yüksəlib.
Bu kateqoriyada biznes kreditləri üzrə borclar 798 min manatdan 2 milyon 751 min manata yüksəlib. İstehlak kreditləri üzrə göstərici 319 min manatdan 391 min manata artıb, daşınmaz əmlak kreditləri üzrə isə 34 min manatdan 126 min manata çatıb.
Beləliklə, bir ildən artıq vaxtı keçmiş kreditlərin artımında əsas pay biznes kreditlərinin üzərinə düşüb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildə yaradılmış “Promtexbank”ın birləşməsi nəticəsində təsis edilib. Bankın nizamnamə kapitalı 138,2 milyon manatdır. Hazırda bankın səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var və ən böyük (94,0763%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.
Plat.az


