“Azərişıq” ASC kompleks transformator məntəqələrinin satın alınması ilə bağlı tender elan edib.
Satınalmanın ehtimal olunan dəyəri 976 min 243 manat 50 qəpik təşkil edir.
Tender çərçivəsində “Azərişıq” ASC-nin ehtiyacları üçün kompleks transformator məntəqələrinin satın alınması nəzərdə tutulur.
Satınalma proseduru üzrə təkliflərin qəbulu oktyabrın 30-dək davam edəcək. (Valyuta.az)


