Azərbaycan Mərkəzi Bankında (AMB) yeni kadr təyinatı olub.
Lalə Səfərova Mərkəzi Bankın Sığortaçılara prudensial nəzarət metodologiyası şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, yeni vəzifəsində risk əsaslı və proaktiv nəzarətin inkişaf etdirilməsinə, eləcə də daha güclü, dayanıqlı və davamlı sığorta sektorunun formalaşdırılmasına töhfə verəcək.
Qeyd edək ki, L. Səfərova 2020-ci ilin yanvarından Mərkəzi Bankda çalışır. O, 2020–2023-cü illərdə aktuar analitik, 2023–2025-ci illərdə aparıcı aktuar analitik, 2025-ci ilin mayından isə baş aktuar analitik vəzifələrində fəaliyyət göstərib.
Bundan əvvəl, 2019-cu ilin fevral–dekabr aylarında Maliyyə Bazarlarına Nəzarət Palatasında aktuar hesablamalar, makroprudensial nəzarət və metodologiya istiqamətində çalışıb.
L.Səfərova 2018-ci ilin dekabrından 2019-cu ilin fevralınadək isə “PAŞA Həyat Sığorta” şirkətində anderraytinq və təkrarsığorta sahəsində fəaliyyət göstərib.
Plat.az


