Abşeron Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi baş verib.
Redaksiya Qaynarinfo-ya istinadən xəbər verir ki, bıçaqlanan şəxs Abşeron rayon Mərkəzi Xəstəxanasının İnzibati Məsələlər üzrə direktor müavini Orxan Ənvərlidir (Qubranov).
Məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.
Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Onu da bildirək ki, Orxan Ənvərli 2026-cı ilin yayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasının inzibati məsələlər üzrə direktorun müavini təyin olunub. KİV-də Orxan Ənvərlinin TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun yaxın qohumu olduğu yazılıb. O, həmçinin Bakı şəhəri 14 saylı Vəkil Bürosunda da vəkil kimi çalışır.
Qeyd edək ki, Orxan Ənvərlinin bıçaqlanması ilə bağlı məlumatı “Report” yayıb.
TREND
- Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir – BİRGƏ BƏYANAT
- Bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş
- Neftçalanın icra başçısı səyyar görüş keçirib – FOTOLAR
- Adı mətbuatda hallanan lisey direktoru istefa verib
- İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi İmişlidə yeni layihələr icra edir
- “Unibank”ın vaxtı keçmiş kreditləri 9 milyon manata yaxın artıb
- Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
- Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü


