Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntlar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


