Noyabrın 9-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir. Bəzi dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 santimetrdir.
Düşən yağıntının miqdarı Bakıda 21 (aylıq normanın 72 faizi), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 millimetrdir. Yağıntının miqdarı Astarada 41, Oğuzda 40, Şəkidə 30, İsmayıllı, Yardımlıda 29, Lənkəranda 26, Qəbələdə 24, Göyçayda 22, İmişlidə 20, Balakəndə 19, Beyləqan, Cəfərxanda 17, Qubada 16, Ağdam, Tərtər, Sabirabadda 15, Kürdəmirdə 14, Cəlilabad, Bərdə, Ordubadda 13, Zərdab, Şamaxıda 12, Ağsu, Mingəçevir, Qobustanda 11, Biləsuvar, Naftalan, Goranboy, Şərur, Naxçıvanda 9, Yevlaxda 8, Sədərəkdə 7, Xaçmaz, Şabranda 5, Neftçala, Şəmkir, Culfada 4, Gəncədə 3, Cəbrayılda 1 millimetrədək qeydə alınıb.
Xankəndinə sulu qar, Xocalı və Füzulidə isə yağış yağıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala, Tovuzda 20, Mingəçevir, Şabran, Naftalanda saniyədə 18 metrədək güclənir.
TREND
- Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
- Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
- Azərbaycanda Dövlət Bayrağı Günüdür
- Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – TAM MƏTN
- Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi
- İlham Əliyev Ərdoğana: Sizin göstərdiyiniz mənəvi və siyasi dəstək bizim ruhumuzu artırıb
- Avrora Qrup rəhbərliyi Zəfər abidəsini ziyarət edib
- Ərdoğan: Gələn il Ağdamda məktəbin açılışını edəcəyik


