Sentyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.
Bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər:
“Birliyin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazidən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib”.
TREND
- Bazarda “repo travması“ – “MFX Trading”in birja dövriyyəsi 110 milyon manata yaxın azaldı
- Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır
- Güclü küləkdə paytaxtda 32 ağac sınıb
- Daha bir vəkil həbs edildi
- AZAL İstanbulun yalnız bu aeroportuna uçacaq – Rəsmi
- Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub
- Dövlət sərhədini pozmağa cəhd edən “paratrike” uçuş aparatı zərərsizləşdirilib
- Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur – RƏSMİ


