Dövlət Əmək Müfəttişliyi: İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
11 noyabr 2026 15:57 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-oktyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 593 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Qeyd olunub ki, müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 72 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
TREND
- ADRA-da sahibkar assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib
- İşdən qanunsuz çıxarılmış 72 nəfər əvvəlki işlərinə bərpa etdirilib
- “Vahid Sağlamlıq” mentorluq proqramı çərçivəsində tələbələrin mentorlarla görüşləri keçirilir
- Dövlət Agentliyi Ağdaşda keçirilən Heyva Festivalında aktiv iştirak edib – FOTOLAR
- Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur
- “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus
- Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub – VİDEO
- Turizmin mərkəzi olan Antalya COP31-ə ev sahibliyi edir


