Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.
TREND
- Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
- Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
- Hacıqabulda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
- BDU tələbələri Milli Depozit Mərkəzinin kapital bazarındakı rolu ilə bağlı maarifləndirilib
- Mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
- Qoşqar Təhməzlinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- Natiq Əliyevin qızından şikayətçi olan da general imiş
- Dövlət məlumatlarının əlçatanlığı artırılır, Sandbox mexanizmi genişləndirilir


