Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.
Havanın temperaturu gecə 6-8, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 11-15 dərəcə isti, dağlarda gecə 2-6, gündüz isə 0-2 dərəcə şaxta olacaq.
TREND
- Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
- Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb
- Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
- Bu gün Azərbaycanda Zəfər Günüdür
- İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
- İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib


