Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılarda fasilə olacaq. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.
TREND
- Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub,
- Narkotik şəbəkəsinə ağır zərbə – VİDEO
- Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
- Hesablama Palatası işçilərinə 13 milyon manata yaxın əmək haqqı ödəyəcək
- AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
- Azərbaycanda 45 dövlət qurumunun maliyyə hesabatları yoxlanılacaq
- Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin artıb
- Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib


