Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensivləşəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70%, gündüz 45-55% təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılar axşam tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-20° isti olacaq.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


