Cari ilin 3 ayı ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 3859 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 487-si məlumat, 3372-si isə icra xarakterli olub. Bunlardan 2937-si müvafiq qaydada icra edilib, 435 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 134 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
TREND
- Bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş
- Neftçalanın icra başçısı səyyar görüş keçirib – FOTOLAR
- Adı mətbuatda hallanan lisey direktoru istefa verib
- İqtisadi İnkişaf və Sosial Tədqiqatlar Mərkəzi İmişlidə yeni layihələr icra edir
- “Unibank”ın vaxtı keçmiş kreditləri 9 milyon manata yaxın artıb
- Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
- Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
- İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir


