İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilib.
Düşən yağıntının miqdarı: Şəkidə 46 (aylıq normanın 76 %-i), Oğuzda 36 (aylıq normanın 54 %-i), Göyçayda 20 (aylıq normanın 93 %-i), Ağdamda 16 (aylıq normanın 55 %-i), Qəbələdə 15, Qaxda (Sarıbaş) 13, Yevlaxda 12 (aylıq normanın 57 %-i), Mingəçevirdə 10 (aylıq normanın 50 %-i), Xızıda 8, Zaqatala, Kürdəmirdə 7 (aylıq normanın 52 %-i), Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan, Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
TREND
- Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub,
- Narkotik şəbəkəsinə ağır zərbə – VİDEO
- Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
- Hesablama Palatası işçilərinə 13 milyon manata yaxın əmək haqqı ödəyəcək
- AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
- Azərbaycanda 45 dövlət qurumunun maliyyə hesabatları yoxlanılacaq
- Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin artıb
- Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib


