Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələdən zərər çəkənlərə yardımlarla bağlı Azərbaycana və digər ölkələrə təşəkkür edib.
BAKU.NEWS xəbər verir ki, XİN rəhbəri bu barədə “Twitter” hesabında yazıb.
Nazir Azərbaycandan, eləcə də digər ölkələrdən gələn xilasedicilərin dağıntıların olduğu yerlərdə apardıqları axtarış-xilasetmə əməliyyatlarının videogörüntülərini paylaşaraq, “Dost dar gündə bəlli olur, təşəkkürlər” sözlərini yazıb.


