Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
TREND
- Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər
- “Azər-Türk Bank”ın keçmiş marketinq direktoruna yeni vəzifə verildi
- “Qrant Qafqaz” ticarət mərkəzində oğurluq olub
- Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN
- “HCL Technologies Azerbaijan” fəaliyyətini dayandırır
- SOCAR Qrupunun şirkətində yeni təyinat
- Naxçıvanın Səhiyyə Nazirliyinə yeni aparat rəhbəri təyin olundu
- Yumurtanın qiyməti 10 ildir dəyişmir – Milli Məclisdə müzakirə


