Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.
Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:
– vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1.0 mislinədək;
– mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
TREND
- “SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmə işində YENİ QƏRAR
- Koreyadan Bakıya gələn 22 nəfər üçün 77 min xərclənəcək – Adambaşı 3 530 MANAT
- BP Bakıda işçi axtarır – Yeni məzunlar da müraciət edə bilər
- “YouTube”un son 3 ayda Azərbaycandakı bazar payı 3 dəfədən çox azalıb
- “Atəşgah” Sığortadan KASKO üzrə növbəti ödəniş
- “Troni İnvestisiya Şirkəti”nin rəhbəri CƏRİMƏLƏNDİ
- Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər
- “Azər-Türk Bank”ın keçmiş marketinq direktoruna yeni vəzifə verildi


