Kanoe Beynəlxalq Federasiyasının (ICF) prezidenti Xose Perurenada koronavirus aşkarlanıb.
74 yaşlı Perurena Madriddəki xəstəxanalardan birinə yerləşdirilib.
Perurena ICF-yə 2008-ci ildən başçılıq edir. O, 2014-cü ildən 2019-cu ilədək Ümumdünya oyunları Beynəlxalq assosiasiyasının prezidenti də olub. Perurena Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvüdür.


