2025-ci ildə Xankəndi şəhərində əsas kapitala yönəldilmiş investisiyalar 333 milyon 784,3 min manat təşkil edib.
Redaksiya bildirir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,7 dəfə çoxdur.
Hesabat dövründə Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 268 milyon 434,2 min manat (1 il əvvələ nisbətən 12,6 % az), o cümlədən Ağcabədi rayonunda – 24 milyon 853,1 min manat (2,1 dəfə çox), Ağdam rayonunda – 784 milyon 582,1 min manat (10,5 % az), Ağdərə rayonunda – 62 milyon 128,2 min manat (28 % çox), Bərdə rayonunda – 16 milyon 605,4 min manat (1,6 % çox), Füzuli rayonunda – 276 milyon 447,5 min manat (49,1 % az), Xocalı rayonunda – 186 milyon 970,1 min manat (3 dəfə çox), Xocavənd rayonunda – 162 milyon 509,9 min manat (29 % çox), Şuşa rayonunda – 385 milyon 458,8 min manat (48 % az), Tərtər rayonunda – 35 milyon 94,8 min manat (55,4 % az) dəyərində investisiya qoyuluşu həyata keçirilib.
TREND
- AMB: Median aylıq kirayə haqqı 1 000 manatdan aşağı düşüb
- Bakı Beynəlxalq Qadınlar Klubu mövsümünü açıq elan etdi
- Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb
- AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
- Azərbaycan və Türkiyə arasında QR ödəniş sistemləri inteqrasiya edilə bilər
- Flynas-dan Ciddə və Mədinə istiqamətləri üzrə uçuşlarla bağlı rəsmi məlumat
- Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb
- Tofiq Cabarov və “Bakuba” Vyanada konsert verib


