Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki,məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.
TREND
- “Təbrik” şadlıq sarayındakı faciənin təfərrüatları – Anasının ləhcəsi ilə zarafat edib
- AQTA-da tələbələr istehsalat təcrübəsi keçib – FOTOLAR
- Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib
- Media və Yayım Şurası RƏSMİ AÇIQLAMA YAYDI
- Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
- 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- ITA: 20-dən çox İtaliya şirkəti “BakuBuild 2026” sərgisində iştirak edəcək
- Xankəndiyə investisiya qoyuluşu 4 dəfəyə yaxın artıb


