Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb.
Bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
“Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub”, – o bildirib və əlavə edib ki, Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar.
O, bu uğurun əldə olunmasında baş məşqçinin pay sahibi olduğunu qabardıb:
“Bu uğurun əldə olunmasında pay sahibi olan, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçilərimizi, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq”.
TREND
- 91 mənzil kirayə yolu ilə satışa çıxarılır – Aylıq ödəniş 419 manatdan başlayır
- Bakıda tanınmış iş adamları, nüfuzlu simalar və biznes nümayəndələri bir araya gəldi
- Vergi ödəmədən xaricdən nə gətirmək olar?
- Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
- Azərbaycan–Britaniya tərəfdaşlığında iqtisadi gündəm: investisiya, ticarət və Orta Dəhliz
- Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
- Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
- İcbari sığorta müqavilələri üzrə bildirişlər “mygov” vasitəsilə təqdim olunur


