Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir K.Heydərov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb. Qonaq iki qurum arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
TREND
- DTX onları həbs etdi
- “Təbrik” şadlıq sarayındakı faciənin təfərrüatları – Anasının ləhcəsi ilə zarafat edib
- AQTA-da tələbələr istehsalat təcrübəsi keçib – FOTOLAR
- Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib
- Media və Yayım Şurası RƏSMİ AÇIQLAMA YAYDI
- Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
- 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- ITA: 20-dən çox İtaliya şirkəti “BakuBuild 2026” sərgisində iştirak edəcək


