Aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.
TREND
- Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub,
- Narkotik şəbəkəsinə ağır zərbə – VİDEO
- Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi
- Hesablama Palatası işçilərinə 13 milyon manata yaxın əmək haqqı ödəyəcək
- AQTA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
- Azərbaycanda 45 dövlət qurumunun maliyyə hesabatları yoxlanılacaq
- Azərbaycanın buğda idxalında Rusiyanın payı kəskin artıb
- Ağdaşda gənclərə xaricdə təhsil imkanları barədə məlumat verilib


