“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında qapılardan biri ilə bağlı problem yaranıb.
Bunu BAKU.NEWS-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
“Təhlükəsizlik tələbinə uyğun olaraq, sərnişinlər düşürülməklə qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb”, – deyə Bəxtiyar Məmmədov qeyd edib.
S.Kərimova


