“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin yeganə səhmdarı Kəmalə Məmmədovaya 2026-cı ilin ilk yarısında 1,1 milyon manatdan çox dividend ödənilib.
Şirkətin yarımillik hesabatına əsasən, hesabat dövründə səhmlər üzrə ödənilmiş dividendlərin ümumi məbləği 1 milyon 110 min 517,82 manat təşkil edib.
Şirkətin 100%-lik səhmdarı Kəmalə Qələndər qızı Məmmədovadır. Onun hər birinin nominal dəyəri 1000 manat olan 800 ədəd səhmi var. Beləliklə, şirkətin 800 min manatlıq nizamnamə kapitalı tam şəkildə Kəmalə Məmmədovaya məxsusdur.
Məlumata görə, dividend ödənişi şirkətin 2025-ci ildə əldə etdiyi xalis mənfəətin bir hissəsi hesabına həyata keçirilib. Bununla bağlı qərarlar yanvar və aprel aylarında keçirilən səhmdarların ümumi yığıncaqlarında qəbul edilib.
Qeyd edək ki, “CPM-İnvest İnvestisiya Şirkəti” 2026-cı ilin ilk yarısını 1 milyon 118 min 453,23 manat xalis mənfəətlə başa vurub. Şirkətin investisiya xidmətlərindən gəlirləri 2 milyon 157,8 min manat təşkil edib.
Plat.az


