Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə edib, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxunub.
Dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunulub, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.
Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.
TREND
- İSB tərəfindən “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 10 manat kapitallı “TEF Constructi̇on” xaricə 1,2 milyon dollar köçürdü
- İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə açılan qapı
- Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
- Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?
- Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi
- Heydər Əliyevin diplomatiyası: Milli maraqlardan qlobal mövqeyə
- Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib


