Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 30-u saat 10:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 29-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.


