Mediada Qarabağ Universitetinin adının hallandığı məlumatlarla bağlı universitet tərəfindən açıqlama verilib.
Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov universitetdə heç vaxt çalışmayıb.
“Bildiririk ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və universitetlə hər hansı əməkdaşlığı olmayıb.
Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, mediada 1993-cü il təvəllüdlü Faiq Məmmədovun dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edildiyi barədə məlumat yayılıb.
Məlumata görə, iki tələbənin şikayətindən sonra F.Məmmədov saxlanılıb və barəsində araşdırma aparılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
TREND
- İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
- “Temu”dan sifariş edənlərin DİQQƏTİNƏ- Platformada təhlükəli mallar satılır
- “Azər-Türk Bank”ın vəzifəli şəxsi 10 min manat CƏRİMƏLƏNDİ
- Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
- Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
- İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşdi
- Mərkəzi Bank nəzarəti süni intellektə həvalə edir
- Din xadimləri ilə bağlı iddiaya – Rəsmi reaksiya


