Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrində yenidən torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində torpaq kütləsi və iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Nəticədə Xınalıq istiqamətində yerləşən 8 kəndin Quba rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət üçün açılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, eyni ərazidə sentyabrın 30-da da torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yol bir müddət nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı qalıb. (Azərtac)
TREND
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib


