Müəllimlik peşəsinin əsas missiyası yalnız bilik vermək deyil, həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.
Bu fikir elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.
O qeyd edib ki, müəllimlik ən çətin, eyni zamanda, ən şərəfli peşələrdən biridir:
“Bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir. Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”.
TREND
- YAP-da yeni dövr: siyasi davamlılıqdan müasir idarəetməyə
- Cəlal Qasımov: Əsas problem bilik çatışmazlığı deyil, biliyi nəticəyə çevirmək bacarığıdır
- “SOCAR Downstream” Konqoda neft emalı zavodunun modernləşdirilməsi layihəsinə cəlb olunub
- PAŞA Holding fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir
- Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
- Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirildi
- «Kutsan» Vasif Namazovun doğum günüdür
- Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib – FOTOLAR


