AgroStar şirkətinin dəvəti ilə orqanik kənd təsərrüfatı layihəsi çərçivəsində İsrail və Türkiyədən dəvət olunmuş mütəxəssislər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda olublar.
İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev qonaqları institutun şöbələri, laboratoriyaları və təcrübə sahələri ilə tanış etmiş, Azərbaycanda orqanik tərəvəzlərin yetirişdirilməsi müzakirə olundu.
Görüş çərçivəsində elmi əlaqələri dərinləşdirmək üçün görüləcək birgə elmi işlər və həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunmuş, növbəti illərdə nəzərdə tutulan birgə elmi layihələr haqqında razılığa gəlinmişdir.
Məlumat üçün bildirək ki, orqanik kənd təsərrüfatı – kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə orqanik məhsulların istehsalı, emalına əsaslanan bir istehsal sistemidir.






