Ombudsman Aparatında hakim vəzifəsinə yeni təyin olunmuş əməkdaşla görüş keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun hakim vəzifəsinə təyin olunması ilə bağlı Ombudsman Aparatında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovu hakim vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Müvəkkil ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
Səbinə Əliyeva Ombudsman təsisatında qazanılmış bilik və təcrübənin yeni vəzifədə səmərəli fəaliyyət baxımından faydalı olacağına əminliyini ifadə edib, hakimlərin insan hüquqlarının müdafiəsində və ədalət mühakiməsinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüş zamanı Səbuhi Abbasov göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
TREND
- Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
- Ombudsman Aparatında hakim vəzifəsinə yeni təyin olunmuş əməkdaşla görüş keçirilib
- DTX onları həbs etdi
- “Təbrik” şadlıq sarayındakı faciənin təfərrüatları – Anasının ləhcəsi ilə zarafat edib
- AQTA-da tələbələr istehsalat təcrübəsi keçib – FOTOLAR
- Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edilib
- Media və Yayım Şurası RƏSMİ AÇIQLAMA YAYDI
- Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb


