“Ukrayna Prezidenti Volodimir Zelenskinin və nazirlərin həmişə kamuflyaj formaları geyinməsinin səbəbi bizim döyüş əzmimizi nümayiş etdirməyimizdir”.
BAKU.NEWS xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, onlar müharibə başa çatanadək belə geyinəcəklər.
Qeyd edək ki, Rusiya ilə Ukraynada arasındakı müharibə ötən il fevralın 24-dən başlayıb.


