Bu gün ətrafında sıx birləşdiyimiz Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq 31 ildir ki, xalqın xidmətindədir. Ulu Öndər yadigarı və Heydər Əliyev partiyası kimi tanınan YAP önəmli fəaliyyəti ilə ölkəmizin inkişafında böyük uğurlar əldə edir.
Ulu Öndər Heydər Əliyevin liderliyi ilə yaranan YAP onun siyasi ideologiyasını, əbədiyaşar azərbaycançılıq ideyasını təcəssüm etdirir. Yarandığı gündən bəri müstəqilliyimizin qorunub saxlanılmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, ictimai-siyasi proseslərin doğru istiqamətləndirilməsində, müstəqil dövlətin ümummilli ideologiyasının formalaşdırılması və təbliğində YAP böyük rol oynayır.
Tarix faktlar sübut edir ki, ötən əsrin 90-cı illərində güclü Liderin rəhbərliyi ilə bütün xalqı həmrəy edə biləcək yeni partiyanın yaranması Azərbaycanın xilası üçün çox vacib idi. Müdrik siyasətçi Ümummilli Lider Heydər Əliyev hələ o dövrdə böyük uzagörənliklə yeni Azərbaycanın quruculuğunda həlledici qüvvəyə malik vahid bir ideologiyanın, ona xidmət edən, xalqın maraqlarını təmsil etməklə ümummilli problemlərin həllini həyata keçirə bilən qurumun olmasını önəmli hesab edirdi. Çünki çox ağır tarixi proseslərin getdiyi həmin dönəmlərdə xalqımız ağır sınaqlarla üz-üzə qalmış, xarici qüvvələrin səyi ilə vətənimizin bölünmə təhlükəsi yaranmışdı. Yeni Azərbaycan Partiyası məhz belə bir mürəkkəb və çətin şəraitdə, 1992-ci il noyabr ayının 21-də təsis edildi. Ümummilli Lider həmin dövrü dəyərləndirərək demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir”. 550 nəfərin iştirakı ilə keçirilən həmin tarixi konfransda ölkənin gələcək taleyi həll olunurdu. Həmin iştirakçıların hər biri xalqın minlərlə nümayəndəsini təmsil edirdi. Xalq ölkənin xilasını Heydər Əliyevsiz təsəvvür etmirdi. Bunu nəzərə alaraq nümayəndələr yekdilliklə Yeni Azərbaycan Partiyasına sədr Heydər Əliyevi seçdilər. Xalq ona böyük ümidlər bəsləyir və inanırdı. Çox qısa müddətdə Ümummilli Liderin rəhbərliyi ilə YAP təşkilatlanmağa başladı.
O vaxt YAP dövlətin hakim partiyasına müxalif partiya olaraq fəaliyyət göstərirdi. Çox keçmədi ki, xalqın təkidi və dəstəyi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və YAP dövlətin aparıcı, hakim partiyasına çevrildi, Ümumilli Liderin rəhbərliyi ilə fəaliyyətini davam etdirərək ölkənin gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirməyə başladı. Sürətlə gedən bu proseslər xalqın Heydər Əliyevə olan böyük inamının ifadəsi, onun rəhbərlik etdiyi partiyaya güvəncinin, etibarı və dəstəyinin bariz nümunəsi idi. Yarandığı vaxtdan bu günə qədər xalqımızın tarixindəçox mühüm məqamlara, önəmli proseslərə şahidlik edən YAP çox böyük, olduqca çətin və şərəfli yol keçmişdir. Göründüyü kimi YAP Azərbaycanın üzləşdiyi çətin dönəmdə, vatənin taleyini düşünən vətənpərvər ziyalılarımızın təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Vaxtilə YAP-ın ilk yaradıcıları ölkənin gələcəyini, müstəqilliyinin qorunmasını və Azərbaycanın inkişafını doğru olaraq xalqın sınanmış Lideri və peşəkar siyasətçisi Heydər Əliyevin simasında görür və bu məsuliyyətin öhdəsindən yalnız o dahi Şəxsiyyətin gələ biləcəyinə, Azərbaycanın inkişaf yolunun məhz onun tərəfindən uğurla həyata keçiriləcəyinə inanırdılar. Məhz bu inam və ümidlərdən qaynaqlanan milli həmrəylik nəticəsində xalq Ulu Öndər şəxsiyyəti ətrafında sıx birləşdi, bütün çətinliklərə sinə gərərək, Azərbaycanın qurulmasında, hazırki dönəmə çatmasında xidmət göstərdi. Bu gün xalqımızın Ümummilli Lider yolunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin simasında YAP-a olan inamı daha da artmışdır. Yüz minlərlərlə insanı ətrafına cəm edən YAP, ümumxalq partiyası kimi böyük nüfuz qazanmışdır. Ulu Öndər yadigarı YAP bu gün də Ümummilli Lider Heydər Əliyev ideologiyasını, onun ölməz ideyalarını yaşadır.
Təsis edildiyi tarixi gündən bəri uğurlu inkişaf yolu keçmiş partiya, 31 il ərzində fəaliyyəti boyu qarşıya qoyduğu hədəflərə çatmaqla, hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti ideyaları və digər sahələr üzrə uğurlara imza atmaqla Azərbaycanın inkişafı naminə dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr bəxş etmişdir. Adı və yaranışı Ulu Öndər Heydər Əliyevlə bağlı olan YAP öz siyasi xəttinə sadiqliyi, xalq və dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə tanınır. Xalqımız dövlətçiliyimizin inkişafı fonunda qazandığı Zəfərləri, əldə etdiyi uğur və qələbələri hər zaman alqışlayır. Ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırır, şöhrətini artıraraq Azərbaycanı regionun lider dövlətinə çevirir. Heydər Əliyev yolunu yaşadan, ölkə həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiya-YAP bu gün Müzəffər Lider, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında yüksək xidmətləri sayəsində Azərbaycanı yeni zirvələrə doğru inamla addımlayır, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək əzəvsiz töhfələr bəxş edir. Bu gün Prezident İlham Əliyev və Lideri olduğu ölkənin hakim partiyası YAP-ın simasında xalqımız sabahına güvənir, Azərbaycanın gələcəyinə inamla boylanır. Vətəninə, xalqına olan sevgisini göstərməyə çalışan hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının dəstəkçisi olmaqla, partiyanın sıralarında, yanında yer alır, bununla da dövlətinə və dövlətçiliyinə sadiqliyini nümayiş etdirir.
YAP bundan sonra da ölkəmizin tərəqqisinə öz layiqli töhfəsini verəcəkdir. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.
Nəzakət Quluqızı;
Neftçala rayonu, yazar


