Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı departamentinin Sektorlararası hüquqi təminat şöbəsinə rəis axtarılır.
Sözügedən vakansiya üçün maliyyə sektorunda və ya iqtisadi sektorda hüquqşünaslıq ixtisası üzrə 5 il təcrübə və hüquqşünaslıq sahəsi üzrə ali təhsil tələb olunur.
Vakansiya üzrə vəzifə öhdəlikləri aşağıdakılardır:
Departamentin digər şöbələrinin fəaliyyətinə aid olan ümumi istiqamətlər (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, bazar davranışları, maliyyə sabitliyi, maliyyə sektorunun dayanıqlı inkişafı) üzrə Mərkəzi Bankın normayaratma fəaliyyətində iştirak edilməsi, normativ-metodoloji sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
Departamentin digər şöbələrinin fəaliyyətinə bilavasitə aid olmayan, lakin maliyyə bazarları ilə əlaqəlisahələr üzrə Mərkəzi Bankın normayaratma fəaliyyətində iştirak edilməsi, normativ-metodoloji sənədlərin hüquqi ekspertizasını həyata keçirilməsi;
Aidiyyəti sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mövcud qanunvericilikdə yaranmış hüquqi kolliziyaların, boşluqların müəyyən edilməsi, müstəqil və ya əlaqədar struktur bölmələrlə əlaqəli şəkildə müvafiq təkliflər və müvafiq hüquqi akt layihələrinin hazırlanması;
Aidiyyəti sahələr üzrə Mərkəzi Banka daxil olan hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanması;
Aidiyyəti sahələr üzrə nəzarət subyektlərində qanunvericiliyə uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinin həyata keçirilməsi proseslərinə lazımi hüquqi dəstəyin verilməsi;
Aidiyyəti sahələr üzrə arayışların və materialların hazırlanması. (Plat.az)
TREND
- Ədliyyə Nazirliyinin daha bir neçə notariat xidməti “mygov”a inteqrasiya edilib
- İSB tərəfindən “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 10 manat kapitallı “TEF Constructi̇on” xaricə 1,2 milyon dollar köçürdü
- İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə: Qitələri birləşdirən yarışdan şəhərin gizli gözəlliklərinə açılan qapı
- Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
- Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?
- Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi
- Heydər Əliyevin diplomatiyası: Milli maraqlardan qlobal mövqeyə


