Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) tibb işçilərinin peşə bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. İclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış tibb elmi xadimləri iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev tibb sahəsində xidmətləri ilə fərqlənən bir qrup şəxsə “Səhiyyə əlaçısı” döş nişanını təqdim edib.
Həmçinin t.ü.f.d Yazgül Abdıyeva “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.
S.Kərimova



