Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 çərçivəsində təşkil ediləcək Şəhərsalma Sərgisi (Urban Expo) həm əhatə dairəsi, həm də iştirakçı təşkilatların sayına görə forum tarixinin ən böyük sərgisi olacaq.
WUF13 Şəhərsalma Sərgisində dünyanın 66 ölkəsindən 163-dən çox təşkilat iştirak edəcək.
Forumda özəl sektorun iştirakı da rekord səviyyədə olacaq. Belə ki, WUF13-də ümumilikdə 45 şirkət təmsil olunacaq, onların 14-ü isə startapdır. Tədbir çərçivəsində startaplar və innovativ təşəbbüslər üçün xüsusi platforma – Biznes və İnnovasiya Habı (Mərkəzi) ilk dəfə iştirakçıların istifadəsinə veriləcək.
WUF13-də dünyanın müxtəlif ölkələrindən 44-dən çox şəhər meri də iştirak üçün qeydiyyatdan keçib. Bu, Forumun qlobal şəhər idarəçiliyi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının sessiyadakı iştirakı da yüksək səviyyədə olacaq. Şəhərsalma Sərgisində 42 vətəndaş cəmiyyəti təşkilatı və fond təmsil olunacaq.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar bu günədək olan informasiyadır. Rəqəmlər dəyişə bilər.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək Bakıda keçiriləcək və tədbir çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı inkişaf, iqlim çağırışları, rəqəmsal transformasiya və inklüziv urbanizasiya məsələləri müzakirə olunacaq.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


