“Agro Food Investments” şirkətinin tərkibinə daxil olan “Grand-Agro Invitro” MMC-yə Maliyyə rəhbəri təyin edilib.
Bu vəzifə Çingiz Qurbanova həvalə olunub.
Qeyd edək ki, Ç.Qurbanov bundan öncə AZCON Holdinq şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin müavini olub. “Azərpoçt”a Manaf Babayevin sədr gəlməsindən sonra qurumda baş verən kadr dəyişiklikləri fonunda o da şirkətdən ayrılıb.
Məlumat üçün deyək ki, “Grand-Agro”nun nizamnamə kapitalı 27 342 816 manat, qanuni təmsilçisi isə, Qarayev Ceyhun Cavid oğludur.
Plat.az


