Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) İdarə Heyəti sədrinin müavini Lalə Abdullayevanın sədrliyi ilə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İnformasiya texnologiyaları, elektron xidmətlər və məlumatların təhlili üzrə iş şöbəsinin müdiri Rəşad Rzayev, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini Nailə Nəsibova, həmçinin ADRA-nın aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı iki qurum arasında informasiya mübadiləsinin və elektron sistemlərin qarşılıqlı inteqrasiyasının genişləndirilməsi, mövcud proseslərin avtomatlaşdırılması və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.
Həmçinin qurumların informasiya sistemləri arasında məlumat mübadiləsinin təşkili, müvafiq məlumatların elektron formada əldə edilməsi və qarşılıqlı inteqrasiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, aidiyyəti proseslərin rəqəmsallaşdırılması və avtomatlaşdırılması xidmətlərin daha operativ, rahat və səmərəli həyata keçirilməsinə imkan verə bilər. Bu istiqamətdə mövcud sistemlərin təkmilləşdirilməsi, məlumatların qarşılıqlı mübadiləsinin təmin edilməsi və yeni inteqrasiya istiqamətlərinin yaradılması imkanları nəzərdən keçirilib.
Görüş çərçivəsində, həmçinin əqli mülkiyyət obyektləri ilə bağlı məlumatların elektron sistemlər vasitəsilə əldə olunması və bu məlumatların açıq məkanda reklamlara icazə verilməsi prosesində istifadəsi imkanları ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, açıq məkandakı reklamlarda dövlət dilinin qorunması, reklam mətnlərində Azərbaycan dilinin norma və qaydalarına əməl olunması, eləcə də bu istiqamətdə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunulub.
Sonda iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi, texniki və hüquqi imkanların birgə qiymətləndirilməsi, həmçinin qarşılıqlı inteqrasiyanın təmin olunması istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
TREND
- Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- Hasil Abbasov yeni şöbə müdiri təyin etdi
- Dövlət istiqrazlarında azalma “ABB İnvest”in dövriyyəsini “vurdu”- 3 milyardlıq azalma
- Xidmət əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ərəfəsində məktəblilərlə görüşüb
- Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL
- Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçildi
- İlham Əliyev: Kiçik ada dövlətlərini müdafiə etmək ümumi mənəvi borcumuzdur


