Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Tarix elmləri üzrə fəlsəfə doktoru, tanınmış yazar İradə Əlili və Vətən Müharibəsi Veteranları Birliyi Sabirabad rayon şöbəsinin sədri, Birinci Qarabağ qazisi Faiq Hüseynov Novruz bayramı münasibəti ilə Şəhid Balakişiyev Zamin Dadaş oğlunun ailəsinin ziyarət ediblər.
Görüşdə şəhidimizin keçdiyi döyüş yolundan, xatirlərindən söhbət açılıb.
İradə Əlili bildirib ki, vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.
Qeyd edilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin!










