“TikTok” sosial şəbəkəsi Nyu-York rəsmilərinin irəli sürdüyü yeni ittihamlarla növbəti böyük qalmaqalın mərkəzinə düşüb. Şirkət istifadəçilər, xüsusilə də yetkinlik yaşına çatmayanlar üzərində məzmun filtrləmə və alqoritm yeniləmə funksiyaları ilə bağlı gizli sınaqlar keçirməkdə günahlandırılır.
Məhkəmə materiallarına əsasən, platforma istifadəçilərə arzuolunmaz məzmunu təmizləyən “Algo Refresh” funksiyasının işləməyən versiyasını təqdim edib. İstintaq şirkətin bu yolla tətbiqdə keçirilən vaxtı və reklam gəlirlərini artırmağa çalışdığını, sınaqlar naminə təhlükəsizlik mexanizmlərini söndürərək zərərli materialların yayılmasına şərait yaratdığını iddia edir.
“TikTok” ittihamları rədd etsə də, bu cür qalmaqallar platformaya ciddi maliyyə zərbəsi vurur. Qeyd edək ki, “ByteDance” şirkəti uşaqların məxfiliyinin pozulmasına görə 400 milyon dollar, bu ilin sentyabrında isə analoji iddialarla bağlı Alabama ştatına 300 milyon dollara qədər təzminat ödəməyə razılaşıb.
TREND
- Azərbaycanın daşınmaz əmlak bazarına xarici investorların cəlbi müzakirə olunub
- “TikTok”a qarşı yeni iddia: İstifadəçilər üzərində gizli sınaqlar
- AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
- 12 milyonunu general, qalanını onlar qaytarıb…
- Xəzərin dibi ilə Azərbaycan üçün yeni gəlir mənbəyi: Transxəzər Fiber-Optik Rabitə Xətti
- Azərbaycan Mərkəzi Asiyanın yaşıl enerjisini Avropaya daşıyacaq – Kamal Hacıyev
- İnformasiya sistemlərinə qarşı kibertəhlükə: mütəxəssislər xəbərdarlıq etdi
- Azərbaycan mediası Prezidentin çağırışlarına uyğun fəaliyyətini daha da gücləndirəcək


