“Qala Sığorta” ASC-nin Tovuz rayon nümayəndəliyinin rəhbəri İlham Hüseynov yüksək peşəkarlığı, sosial məsuliyyətli mövqeyi və könüllü qan donorluğunun inkişafına verdiyi dəstəyə görə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin Fəxri üzvü seçilib.
Mərkəzin İdarə Heyətinin qərarı ilə verilən bu fəxri status könüllü qan donorluğunun inkişafına, insan həyatının xilasına və Mərkəzin həyata keçirdiyi humanitar təşəbbüslərə xüsusi töhfə verən, ictimai dəstəyi və xeyirxah fəaliyyəti ilə seçilən şəxslərə göstərilən yüksək etimad və ehtiramın ifadəsidir.
İlham Hüseynovun xüsusilə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların yanında olması, onlara təmənnasız diqqət və qayğı göstərməsi, sosial və mənəvi dəstəyini əsirgəməməsi onun humanist dəyərlərə sadiqliyinin nümunəsidir.
Fəxri üzvlük, eyni zamanda, qan donorluğu mədəniyyətinin inkişafına və insan həyatının qorunmasına töhfə verən şəxslərin əməyinə verilən mənəvi dəyərin göstəricisidir.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi olaraq İlham Hüseynovu Fəxri üzv seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətində uğurlar və gələcək xeyirxah təşəbbüslərində yeni nailiyyətlər arzulayırıq.
Fəxri üzvlüyünüz mübarək, İlham müəllim!
HƏMRƏY OLAQ, QANIMIZLA YAŞADAQ!


