Türkiyə müdafiə xərclərini 229 faiz artırmaq qərarına gəlib.
Redaksiya xəbər verir ki, artımın əsas məqsədlərindən biri yerli müdafiə texnologiyalarının inkişafını sürətləndirmək və ölkənin hərbi ehtiyaclarını daha böyük ölçüdə daxili imkanlar hesabına qarşılamaqdır.
Plan çərçivəsində Türkiyənin müdafiə sənayesində yüksək əlavə dəyər yaradan istehsalın gücləndirilməsi və texnoloji asılılığın azaldılması nəzərdə tutulur.
Ankara bununla yanaşı, yerli istehsal imkanlarını genişləndirməyi və müdafiə sektorunda daha yüksək texnoloji səviyyəyə keçidi sürətləndirməyi hədəfləyir.


